Bakı-Sumqayıt qatarlarının marşrut cədvəlində dəyişiklik ediləcək

15.10.2015 10:28     Sosreaksiya     1872

Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı  "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi yayıb. 

Son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər. 10-nu Bakı Sərnişin Stansiyasından Sumqayıt Sərnişin Stansiyasına və 10-nu isə əks istiqamətə hərəkət edəcək.

Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı Sərnişin Stansiyasından saat 05:00,05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt Sərnişin Stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.

Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı Sərnişin Stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt Sərnişin Stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

 

 

Şərhlər