Məşhur basketbolçu fahişəxanada huşsuz tapıldı - VİDEO

15.10.2015 11:42     Sosreaksiya     1967

NBA ulduzu, “Los Angeles Lakers”in keçmiş basketbolçusu Lamar Odom Las-Veqasda bir fahişəxanada huşsuz halda aşkarlanıb. Odomun yaşama ehtimalının 50 faiz olduğu deyilir.

Reaksiya.az xəbər verir ki, həkimlər boyu 2,08 metr olan idmançını xəstəxanaya aparıb. Bəzi mənbələr Odomun vəziyyətinin heç də yaxşı olmadığını bildirir.  

ABŞ mətbuatı yazıb ki, Odom nəfəs alıb verməkdə çətinlik çəkir. İddialara görə o, Nevadadakı bir fahişəxanada iki gün ərzində davam edən bir parti təşkil edib. Odom bu partidə viagra ilə birlikdə bir neçə şüşə konyak içib və qusmağa başlayıb. Bu vəziyyəti görənlər təcili yardıma zəng edərək xəbər veriblər. Odomun huşsuz halda yerləşdiyi otaqda narkotik olub olmadığı isə hələ bilinmir.

Çəkisi 105 kilo ağırlığında olan NBA ulduzu xəstəxanaya vertolyotla aparılıb.

“Los Angeles Lakers” formasıyla 2009 və 2010-cu illərdə NBA çempionu olan Odom Kim Qardaşyanın bacısı Khloe Qardaşyanla qısa müddətdə evlilik yaşayıb.

36 yaşlı Lamar Odom 1999-cu ildən başlayaraq NBA karyerasında “Los Anceles Clippers”, “Miami Heat”, “Los Angeles Lakers” və “Dallas Mavericks” komandalarının formalarını geyib. 2014-cü ildə İspaniyanın “Laboral Kutxa” komandası ilə anlaşan Odom NBA-da 2 dəfə çempion olub, 2011-ci ildə isə “İlin ən yaxşı 6 adamı” seçilib.

Şərhlər