Taksi xidməti ilə bağlı yeni qaydalar tətbiq olunur
15.10.2015 13:45 Sosreaksiya 1960
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Milli Məclisdən verilib.
Məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik və əlavələr təklif edilir.
Qanuna təklif olunan 14.2.8-1 maddəsinə görə, yük və sərnişin daşıma avtomobilləri üçün lisenziyanın verilməsi üçün tələb olunan şərtlər sırasına taksi minik avtomobilləri üçün şərt əlavə olunur və belə adlanır: “Taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə”.
Şərhlər