ADAU-da daha bir yenilik

15.10.2015 14:00     Sosreaksiya     1773

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) beynəlxalq təcrübədə özünü təsdiqləyən daha bir tədris üsulu təbiq edilib.

ADAU-nun mətbuat xidmətindən Reaksiya.az-a verilən xəbərə görə, artıq istehsalatda böyük təcrübəsi olan aparıcı mütəxəssislər auditoriyalara dəvət edilir, ayrıca dərs saatı müəyyənləşdirilir və tələbə nəzəriyyəni bir başa icraçıdan eşidir.

İlk belə bir dərs Aqrobiznes və idarəetmə fakültəsinin Mühasibat Uçotu və Audit ixtisasının 4-cü kurs tələbələri ilə keçirilib. 12 saylı Ərazi Vergilər İdarəsinin məsul işçisi Azər Məmmədovun tədris etdiyi dərs bir sıra özəllikləri ilə yadda qalıb. Mühasibat uçotunun mahiyyəti və məqsədi mövzusunda keçilən dərsdə iştirak edən 52 nəfər tələbənin hər biri aktiv olub. Dioloq şəklində qurulan dərsdə əyani vasitələrdən, texnik imkanlardan da istifadə edilib. Azərbaycan respublikasında mühasibat və vergi uçotu üzrə normativ sənədlər, onların tərkibi və təyinatı, Milli mühasibat uçotu standartları barədə ümimi anlayış, onların qısa xarakteristikası barədə oxunan mühazirə bir də ona görə maraqla qarşılanıb ki, tələbə artıq ona lazım olanı icraçı tərəfindən dinləyib.

ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov deyib ki, bu bu üsuldan xarici ölkələrin təhsil sistemində geniş istifadə edilir və yüksək də səmərə verir. Ən başlıcası hər hansı sahədən dərs deyən istehsalçı auditoriyadaca özü üçün kadr seçmək imkanı da qazanır.

Bu üsuldan ADAU-nun bütün ixtisaslarında istifadə ediləcək.

Şərhlər