Dünən 35 cinayətkar tutulub - Azərbaycanda

15.10.2015 14:25     Sosreaksiya     2018

Gün ərzində 79 cinayət faktı qeydə alınıb

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat Daxili İşlər Nazirliyinin saytında yer alıb.

Məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

Şərhlər