7 yaşında yetim qalan yazıçı

15.10.2015 15:09     Sosreaksiya     1846

Bu gün Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, ictimai xadimi Mirzə İbrahimovun ad günüdür. O, 1911-ci ilin oktyabrın 28-də dünyaya gəlib.

Böyük yazıçının həyatı uşaqlıqdan ağrı-acılarla dolu olub. Anasını 3 yaşı olanda itirən Mirzə 7 yaşı olanda da atasını itirib. O, muzdurluq edərək bir tikə çörək qazanıb.

Mirzə Balaxanı fabrik-zavod məktəbində həm oxuyub, həm də işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.

O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb.

Görkəmli yazıçının yaradıcılığına "Gələcək gün", "Həyat", "Böyük dayaq", "Pərvanə" və ədəbiyyatımızın qızıl fonduna daxil olan başqa bu kimi misilsiz əsərlər daxildir.

Sonrakı illərdə yazıçı müxtəlif vəzifələrdə çalışıb.

O, Azərbaycan Xalq Maarif Komissarı, Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi, Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri, EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri vəzifələrini icra edib.

1993-cü il dekabrın 17-də Bakıda vəfat edən şair Fəxri Xiyabanda dəfn olunub.

Şərhlər