9 “qanuni oğru” tutuldu

15.10.2015 14:52     Sosreaksiya     2333

Moskva şəhərinin restoranlarının birində polis 9 “qanuni oğru”nu tutub.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat “Mskagency” saytında yer alıb.

Məlumata görə, hadisə paytaxtın “Bolşaya Filevskaya” küçəsində yerləşən restoranda qeydə alınıb.

Cinayət axtarışı şöbəsinin əməkdaşları “sxodka”ya toplaşan cinayətkarları tutduqdan sonra gözlərini bağlayaraq şöbəyə aparıblar. Onların sonrakı taleyi haqda məlumat verilmir. 

Şərhlər