Elman Nəsirovun seçicilərlə görüşü davam edir - FOTOLAR

15.10.2015 16:44     Sosreaksiya     2641

1 noyabr 2015-ci il tarixdə V çağırış Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalmaqdadır. Bununla əlaqədar olaraq ölkəmizdə namizədlərin təbliğat-təşviqat kampaniyası keçirilir.

Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən irəli sürülmüş Nəsirov Elman Xudam oğlunun Ağdaş rayonundan olan seçicilərlə görüşləri davam edir. Növbəti görüş bu gün rayonun Qəsil kəndində Qəsil, Qarağan Şıxlar, Qulbəndə və Şordəhnə kəndlərindən olan seçicilərlə keçirildi. Seçicilərin çox böyük maraqla qatıldıqları görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin Təbliğat qrupunun rəhbəri Qalib Həsənov açaraq Milli Məclis üzvlüyünə namizəd Elman Nəsirov haqqında seçicilərə geniş məlumat verərək ölkəmizdə keçirilən bütün seçkilərdə ağdaşlıların yüksək əhval-ruhiyyə ilə iştirak etdiklərini qeyd etdi, Yeni Azərbaycan Partiyasının  və onun sədri, ölkə prezidenti cənab İlham Əliyevin  republikamız üçün gördüyü işlərin bir qismini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Reaksiya.az xəbər verir ki, seçicilərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Elman Nəsirov onlarla görüşündən məmnun olduğunu qeyd etdi və  seçicilərin Milli Məclis seçkilərinə maraqla yanaşdıqları üçün onlara öz minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan xalqının yekdiliklə dəstəklədiyi Yeni Azəbaycan Partiyasının ölkəmiz üçün gördüyü misilsiz işlərdən və Partiyanın beynəlxaq əlaqələrindən söz açaraq görüş iştirakçıarını bundan sonra da Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşməyə  çağırdı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi tərəfindən kəndlərdə yaradılan yerli Təbliğat qruplarının üzvləri Şordəhnə kənd ağsaqqalı Şahin Əhmədov, Qulbəndə kənd ümumi orta məktəbinin müəllimi Kamil Mustafayev, Qarağan Şıxlar kənd Qadınlar şurasının sədri Səadət İbrahimova, Qəsil kənd tam orta məktəbinin müəllimi Ramazan Cabbarov və Qəsil kənd Ağsaqqallar şurasının sədri Əyyub Şavəddinov öz ürək sözləri və fikirlərini səsləndirmiş, ağdaşlıların öz ənənələrinə sadiq qalaraq  1 noyabr  2015-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Pariyasının namizədi olan Elman Nəsirovu yekdilliklə dəstəkləyəcəklərini və bununla da Yeni Azərbaycan Pariyasının “Yeni hədəflərə doğru!” irəliləməsinə öz töhfələrini verəcəklərini bəyan etdilər.  

Bu gün eyni zamanda, Nəsirov Elman Xudam oğlu rayonun təhsil işçiləri ilə görüş keçirdi. Görüşü YAP Göyçay rayon təşkilatının sədri Şükürov Sahib Yunis oğlu açaraq Elman müəllimi tədbir işçilərinə təqdim etdi. Daha sonra sözü namizədə verdi. Elman müəllim  tədbir iştirakçılarını salamlayaraq ölkədəki ictimai-siyasi vəziyyətdən, cənab prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətdən geniş söhbət açdı.

Şərhlər