Bakıda işıqforların vaxt planı dəyişdiriləcək
15.10.2015 16:39 Sosreaksiya 2072
Yaxın vaxtlarda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi gücləndirilmiş iş rejiminə keçəcək.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
O bildirib ki, təmsil etdiyi Mərkəzin 24 saat işləməsinə baxmayaraq, qış mövsümünə keçidlə əlaqədar nəzarət daha da güclənəcək:
“Yəqin ki, buna noyabr ayından başlayacağıq. Onsuz da bizim qurum şəhər, küçə və prospektlərə 24 saat nəzarət edir. Buna baxmayaraq, havanın tez qaralması, yaxud əhalinin iş saatı ilə bağlı avtomobillərin sıxlığını nəzərə alaraq, işıqforların vaxt planına müəyyən dəyişikliklər edilə bilər”.
Ş.Mehmanqızı qeyd edib ki, hansı küçələrdəki işıqforlarda dəyişikliklərin olacağı gələn həftə bilinəcək:
“İşıqforların vaxt planının dəyişdirilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda siyahı hazırlanır. Siyahı məlum olduqdan sonra konkret işlərə başlanılacaq”.
Şərhlər