Mərkəzi prospektdə hərəkət məhdudlaşdırılıb

16.10.2015 00:56     Sosreaksiya     1606

Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılır.

Reaksiya.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, Neftçilər prospektində (Dəniz vağzalının yaxınlığında) dəmiryol relslərinin yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti bu gün saat 23:00-dan etibarən qismən məhdudlaşdırılacaq.

Təmir işləri 4 gün davam edəcək.

Şərhlər