Fuad Muradovdan növbəti görüş - FOTOLAR

16.10.2015 03:54     Sosreaksiya     2066

Bu gün 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonun Nəsrəddin Tusi küçəsində 7 binanın sakinləri ilə görüşlər keçirib.

Reaksiya.az xəbər verir ki, seçicilərlə növbəti görüşündən məmnun olduğunu bildirən F.Muradov bu günə qədər rayonun müxtəlif ərazilərində olduğunu və seçiciləri narahat edən məsələləri öyrəndiyini qeyd edib: “İnsanlarla görüşmək, onları dinləmək və problemlərlə yerində tanış olmaq bizim sizinlə görüşlərimizin əsas məqsədidir. Sizi narahat edən məsələlərdən xəbərdarıq. Düşünürəm ki, dövlətimizin gücü mövcud məsələlərin həllinə yetər. Bəzən insanlar hansısa problemin həll olunmasını istəyir. Lakin müraciət edilmir və bəzən diqqətdən kənarda qalır. Sizə sadəcə olaraq vədlər vermək istəmirəm. Mənə etimad edəcəyiniz təqdirdə, biz birlikdə çalışacağıq. Mənin gücüm sizin dəstəyinizdədir. Hər hansı problemin həll olunmağını istəyiriksə, o zaman birgə fəaliyyət göstərməliyik”.

Seçicilər F.Muradovu öz deputatları görmək istədiklərini ifadə ediblər. Bildirilib ki, 1 noyabrda ona səs verməklə layiqli namizədlərini dəstəkləmiş olacaqlar.

Şərhlər