Bakıda intihara cəhdin qarşısı alınıb

16.10.2015 03:46     Sosreaksiya     1603

Bakıda intihara cəhdin qarşısı alınıb.

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda 1 nəfər ağaca çıxaraq özünü asmaqla intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.  

 

Şərhlər