Qəbiristanlıqda uşaq cəsədi tapıldı

16.10.2015 10:19     Sosreaksiya     2203

İstanbul şəhərinin Kağıthane rayonunda yerləşən qəbiristanlıqda bir qəbirin yanında yeni qazılmış torpaq aşkar edilib.

Reaksiya.az xəbər verir ki, qəbiristanlığın işçisi yeri araşdıran zaman bir körpə cəsədinin olduğunu görüb. O, bu haqda dərhal polisə bildirib. Hadisə yerinə gələn polis əməkdaşları  tədqiqat aparıb. Müəyyən olunub ki, uşağın cinsi oğlandır.

3 günlük olduğu təxmin edilən körpənin cəsədi araşdırılmaq üçün meyitxanaya aparılıb. Polis  hadisə ilə bağlı istintaqa başlayıb.

Şərhlər