25 yaşlı qadın intihar etdi - Goranboyda

16.10.2015 10:28     Sosreaksiya     1990

Azərbaycanın Goranboy rayonunda sirkə turşusu içən qadın xəstəxanada ölüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, rayonun Dəliməmmədli şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnarə Xıdırova sirkə turşusundan ağır zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadına dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

25 yaşlı qadın bu gün səhər xəstəxanada ölüb.

Onun intihar etmək məqsədilə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər