"Təcili hamı ilə paylaşın!” fırıldağına - RƏSMİ CAVAB

16.10.2015 10:54     Sosreaksiya     2047

WhatsApp istifadəçilərinə tez-tez “Təcili hamı ilə paylaşın!” başlıqlı mənbəyi bilinməyən qəribə və qorxulu ismarıclar gəlir. Çoxları artıq bu mesajların həqiqətə uyğun olmadığını yaxşı anlayır və artıq bu tipli mesajlara əhəmiyyət vermir. Ancaq çox sayda sadə insan var ki, belə mesajlardan həqiqətən də qorxuya düşürlər, gərginlik keçirirlər. Deyərdik ki, bu tip mesajların sayəsində sinir sistemində problem yarananlar belə olub.

Reaksiya.az Səhiyyə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayaraq yayılmış bu və ya bu tipli digər ismarıclara aydınlıq gətirməyə çalışıb.

Mətbuat Xidmətinin əməkdaşı Cavid Xəlilov yayılmış ismarıcın həqiqətə uyğun olmadığını bildirib: “Bu səpkili məlumatlar vaxtaşırı müxtəlif dövlətlərdə (Rusiya, Qazaxıstan, Gürcüstan və Azərbaycan) yayılıb  Bir müddət bundan öncə belə yanlış məlumat sosial şəbəkələrdə yayılıb. Bunun nə mənbəyi,  nə də ki əsası var. Bu, sadəcə əhali arasında panika yaratmağa xidmət edən absurd bir məlumatdır”.

Qeyd edək ki, WhatsAppda yayılmış növbəti ismarıc istifadəçiləri sözün əsl mənasında ciddi əndişəyə salıb. Belə ki, “Təcili hamı ilə paylaşın!”  başlıqlı ismarıcda “3-12 Yaşlı 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamsı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hal hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur.  Diqqət... Uşaqlara qəti verilməməli olan dərmanların siyahısı... AMOKSİÇİLİN( АМОКСИЦИЛЛИН), KAPESULA ( КАПЕСУЛА), UBUPROFEN ( ИБУПРОФЕН СУСПЕНЗИЯ) , АЛКЛОФЕНАК, СУМАМЕД, ИНГАЛИПТ, АНТИСЕПТ, ИНФЛЮЦИД, ДЕТСКИЙ ПАНАДОЛ, САНАСОЛ. Yuxarıda adları verilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülənədək  məhdudlaşdırın. Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb  КЕТОТИФЕН və ya 10-15 damcı ФЕНИСТИЛ qəbul etmək lazımdı. TƏCİLİ...UŞAQLARI OLANLARA GÖNDƏRİN...”- qeyd edilib.

Şərhlər