ADAU-da müstəqillik günü qeyd edilib
16.10.2015 11:40 Sosreaksiya 2115
Azərbaycan Dövlət Aqrar Universitetində dövlət müstəqilliyinin 24 illiyi qeyd edilib.
Bütün fakülkətələrdə ayrılıqda keçirilən tədbir universitetin baş binasında dəyirmi masa arxasında yekunlaşıb.
ADAU-nun mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, tədbiri universitetin prorektoru, dosent Aidə Qasımova açaraq “Müstəqillik Günü”nün tarixinə nəzər salıb. Bildirib ki, 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir.
Universitetin Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri Azad Bayramov isə tarixi dəyərlərimizdən olan “Müstəqillik Günü”nün mahiyyətini təhlil edib, bir əsrdə 2 dəfə müstəqillik qazanan ölkənin ictimai, siyasi, iqtisadi həyatına nəzər salıb.
Tədbirdə tələbələrdən Günay İbrahimova, Aytac Səmədli, Xalidə Nəsibzadə çıxış edərək, müstəqil Azərbaycan xalqının milli azadlıq tarixindən və bu yolda əldə etdiyi nailiyyətlərdən söz açıblar.
Şərhlər