"Salam Sarvanın inciməyə heç bir haqqı yoxdur"
16.10.2015 12:12 Sosreaksiya 2130
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış şairi Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin sıralarından çıxdığı barədə öz “Facebook” profilində məlumat verib.
Reaksiya.az bunun səbəbəni öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla əlaqə saxlayıb.
O, şairin Azərbaycan Yazıçılar Birliyindən ayrılmasına belə münasibət bildirib: “Yazıçılar Birliyi könülllü təşkilatdır, bura könüllü daxil olurlar və könüllü çıxırlar. Əgər çıxıbsa, Allah xeyir versin, nə deyə bilərəm. Heç bir problem olmayıb, onun biz kitabını da dərc eləmişik, ona mükafat da vermişik, həmişə də çox yüksək qiymətləndirmişik, mənim onun haqqında yazım da var. Mənə elə gəlir ki, onun nədənsə inciməyə heç bir haqqı yoxdur”.
Şərhlər