BAMF sədri Vyanada tədbirdə iştirak edəcək

16.10.2015 14:23     Sosreaksiya     1842

Vyanada Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin iclası sabah öz işinə başlayır.

Reaksiya.az xəbər verir ki, təşkilatın idarə heyətinin üzvlərindən biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bu gün Vyanaya yola düşüb.

İdarə heyəti görüşündə dünya mediası ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunacaq və bəzi hadisələrə aydınlıq gətiriləcək. BMİ-nin missiyası, məqsədləri, uzun müddətli strategiyasına yenidən baxılacaq, təşkilatın yeni əlaqələri və əməkdaşlığı müzakirə olunacaq.

Həmçinin 2016-cı ildə keçirilməsi nəzərdə tutulan BMİ-nin Dünya Konqresinə hazırlıqlar barədə idarə heyəti üzvləri fikirlərini səsləndirəcəklər. Ən vacib məsələlərdən biri də bu nüfuzlu təşkilata üzv olmağın yeni qaydaları təsdiqlənəcək, nizamnəməsinə yenidən baxılacaq.

Qeyd edək ki, BAMF-ın sədri Umud Mirzəyev BMİ-nin idarə heyətinin üzvü olmaqla yanaşı, bu təşkilatın Bakı Regional Təşəbbüs Mərkəzinin də rəhbəridir .

Şərhlər