47 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub

17.10.2015 00:23     Sosreaksiya     1606

Bu ilin 9 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə 1892  nəfər cəlb edilib.

Reaksiya.az-ın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əksini tapıb.

Cinayət məsuliyyətinə cəlb edilən 1892 nəfərdən  7-i 18 yaşadək, 432-i 30 yaşadək, 1406-ı 30 yaşdan yuxarı, 16-ı fəhlə, 7-i qulluqçu, 1-i vəzifəli şəxs, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1643-ü işləməyənlər, 1822-i kişilər, 23-ü qadınlar, 47 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 21-i İran İslam Respublikası, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-i Ukrayna, 1-i Rusiya Federasiyası, 1-i Türkmənistan  Respublikasının vətəndaşıdır.

Şərhlər