İranda mədən çöküb
17.10.2015 01:29 Sosreaksiya 1942

İranın "Nigintabaas" şirkətinə məxsus mədən çöküb. Bu barədə Reaksiya.az xarici mənbələrə istinadən məlumat verir.
Məlumata əsasən, mədənin çökməsi nəticəsində orada 4 nəfər qalıb.
Hadisə yerli vaxtla ötən axşam saat 03:30-da mədənin 200 metr dərinliyində baş verib. Hadisə baş verdiyi zaman mədəndə 50 mədənçi olub, onlar salamat çıxarılıblar.
Hazırda dörd mədənçinin də xilas edilməsi üçün işlər aparılır.
Şərhlər