Süleyman Demirel vəfat edib

17.06.2015 06:10     Sosreaksiya     2199

Türkiyənin 9 - cu prezidenti Süleyman Demirel bu gün Ankarada müalicə gördüyü xəstəxanada tənəffüs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib.

 

Süleyman Demirel saat 02.05 – də tənəffüs yolu infeksiyası və ürək çatışmazlığından müalicə olunduğu Özəl Ankara Güvən Xəstəxanasında həyata gözlərini yumub.

13 mayda xəstəxanaya aparılan Demirelin vəziyyətinin gecə yarıdan sonra ağırlaşdığı və edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etməyin mümkün olmadığı bildirilib.

Özəl Ankara Güvən Xəstəxanasından verilən açıqlamada Dəmirəlin vəfatı ilə bağlı bunlar deyilib:

 

"Dəyərli Türk millətinə!

9 – cu prezidentimiz cənab Süleyman Demirel 13 may 2015 – ci il tarixində böyrək çatmazlığı, ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası diaqnozuna Klinikamıza gətirilib. Daha sonraki günlərdə sağlamlıq vəziyyəti gedərək ağırlaşmış və müalicələri davam etməkdə ikən, 16 iyun 2015 – ci il tarixində tənəffüs və ürək funksiyaları öz fəaliyyətini itirmişdir. Edilən bütün cəhdlərə xəstə müsbət reaksiya verməmiş, 17 iyun 2015 – ci il tarixində saat 02.05 – də dünyasını dəyişmişdir. Ona Allahdan rəhmət, yaxınlarına və Türk millətinə başsağlığı diləyirik".

Dəmirəlin xüsusi doktoru Aylin Cəsur, "Son dəqiqəyə kimi şüuru yerində olan hörmətli Dəmirəl rahat, xoşbəxt v vüqarlı bir şəkildə həyata əlvida dedi" – deyə vurğulayıb.

Şərhlər

Çox oxunanlar