Yağış Lənkəranı iflic etdi - FOTOLAR

17.10.2015 03:35     Sosreaksiya     1982

 İki gün aramsız yağan yağışlar Lənkəranda fəsadlar törədib.

Reaksiya.az xəbər verir ki, axşam saatlarında daha da güclənən leysan nəticəsində həyətləri su basıb.

Bir sıra çayqırağı məhəllələr su altında qalıb. Dağətəyi kəndlərin sakinlərinə ciddi ziyan dəyib. Hələlik dəyən ziyanın həcmi məlum olmasa da, ev quşları və xırdabuynuzlu heyvanlar arasında tələfat var.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran regional mərkəzinin xilasedici qrupu və dalğıcları rayonun Bürcəli kəndi ərazisindən 10-dan yuxarı ailəni evlərindən təxliyə edib.

Hazırda həyətlərdə olan suyun hündürlüyü 1-1,5 metrə çatır. Rayonun digər kəndlərində də daşqınların olduğu bildirilir.

Kənd sakinlərinin bildirdiyinə görə, axşam saatlarında yağıntı güclənsə də, həyətlərə su sel şəklində daxil olub. Bu da hansısa bəndin uçması ehtimlını yaradır.

Şərhlər