Prezidentin adından istifadə edənlər QHT sədrinə hücum çəkdi - Özbaşınalıq - FOTOLAR
17.06.2015 10:14 Sosreaksiya 2071

QHT sədrinə öz şəxsi əmlakı qarşısında maşın saxlamağa imkan verməyən bəzi qonşular, həmin ərazini şəxsi dayanacağa çeviriblər.
Qadın problemləri üzrə tanınmış ekspert, "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakıda "Axundov bağı" yaxınlığındakı ofisinin həyətinə maşınla girmək istərkən, bir neçə qonşu tərəfindən təzyiqlə qarşılaşıb.
Bu barədə Reaksiya.Az-a məlumat verən QHT sədri deyib ki, Məmməd Əfəndiyev 7, mənzil 15 ünvanında yerləşən ofisi onun şəxsi əmlakıdır və burda zorakılığa məruz qalmış qadınlar üçün Azərbaycanda ilk və yeganə sığınacaq fəaliyyət göstərir: "Əgər bizim burda mənzilimiz varsa, həyətə daxil olmaq bizim də hüququmuzdur. Lakin əslində Lermontov küçəsinin sakinləri olan bir neçə qonşu alaqapıya şlaqbaum qoyublar və girişi məhdudlaşdıraraq ancaq öz maşınlarına şərait yaradıblar. Ötən gün onlara etiraz etdiyimdə bəziləri üstümə hücum çəkərək, kobud ifadələr işlətdilər".
QHT sədrinin sözlərinə görə. bəziləri hətta prezident ailəsi ilə qohum olduqlarını və M.Zeynalovanın qanunla da "onlara heç nə edə bilməyəcəyini" deyiblər".
Ekspert artıq Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini bildirib.
Şərhlər