Azay Quliyevin izdihamlı görüşündən - FOTOLAR

17.10.2015 09:58     Sosreaksiya     1887

Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.  Şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra görüşü açan namizədin vəkili, Qarabağ qazisi Firudin Məmmədov əlverişsiz hava şəraitində mütəşəkkil qaydada A.Quliyevlə görüşə gəldikləri üçün iştirakçılara təşəkkürünü çatdırıb.

Tədbirdə çıxış edən deputatlığa namizəd Azay Quliyev Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin  daim diqqət göstərilən təbəqəsi olduğunu  deyib: “Siz Azərbaycanın ən dəyərli və  hörmətəlayiq vətəndaşlarısınız . Dövlətimiz tərəfindən  sizin sosial rifahınız  yaxşılaşması və ehtiyaclarınızın qarşılanması indiyə kimi böyük işlər görülübdür.  Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq”.

A.Quliyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb: “Neftin qiyməti iki dəfə azalanda erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma,  gəlirlərimizin azalmasına baxmayaraq 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu  göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər  sizlər yenə də ön sıralarda olacaqsınız”.

Qarabağ qazisi, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev Azay Quliyevə bu təbəqədən olan insaları xüsusi diqqətdə saxladığı üçün təşəkkür etdi. O, bildirdi ki, Binəqədidə yaşayan müharibə veteranları, əlilləri və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirirlər. Bu görüşdəki izdiham da deyilənləri təsdiq edir.

Şəhid anası Kamilə Rəhmanlı şəhid ailələri adından danışıb və Azay Quliyevə seçkidə uğurlar arzulayaraq, xeyir-dua verib.

Görüşdə veterenları,  əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edənlər  01 noyabrda hamılıqla seçkilərə gələcəklərini və  əminliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev bu gün saat 18.00-da Binəqədi rayonu, A.Kunanbayev küç, 64/11 ünvanında seçicilərlə görüşəcək.

 Seçki Qərargahının Mətbuat Xidməti

Şərhlər