3 azyaşlı uşaq diri-diri yandı

17.10.2015 10:09     Sosreaksiya     1980

Rusiyanın Tomsk şəhərində 3 uşaq yanan evdə ölü tapılıb.

Reaksiya.az xəbər verir ki, hadisə zamanı onlar evdə tək olublar. Bu qənaətə İstintaq Komitəsi gəlib.

Hadisə şəhərin yaxınlığında yerləşən Myaskombinat qəsəbəsində qeydə alınıb. Birmərtəbəli həyət evində baş verən yanğında 3 azyaşlı uşaq dünyasını dəyişib. Onların biri 4 aylıq qız uşağı olub. Daha ikisinin isə oğlan uşaqları (1.5 və 3 yaş) olduğu deyilir.

Yanğının evdə olan istilik sobasından qaynaqlandığı bildirilir.

Şərhlər