Məhkəmə İcra Hakimiyyətinə "yox" dedi - Torpaq qalmaqalı
17.10.2015 11:29 Sosreaksiya 1891

Səbail rayon İcra Hakimiyyəti Səbail rayon Bələdiyyəsini məhkəməyə verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, icra hakimiyyəti bələdiyyə tərəfindən Nazim Əliyev adlı şəxsə verilən torpağın sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə icra hakimiyyətinin iddiasını təmin etməyib. Həmin qərarla razılaşmayan icra hakimiyyəti isə apellyasiya şikayəti verib.
Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.
Şərhlər