14 yaşlı qız intihar etdi

17.10.2015 12:35     Sosreaksiya     2061

Böyük Britaniyada yoxsul olduğu üçün lağ edilən 14 yaşlı Ashleigh Bowes intihar edib.

Reaksiya.az xəbər verir ki, gənc qız öz otağında ölü tapılıb.

Ashleigh məktəb yoldaşları tərəfindən yoxsul olduğu üçün daim hədəfə alınıb. Bu üzdən də o, depressiyaya düşüb və intihara əl atıb.

Araşdırmalar zamanı məlum olub ki, Bowes dərman içərək özünə qıyıb. O, ölməzdən öncə belə bir qeyd aparıb: "Hesab edirəm ki, anlayacaqsınız. Daha dözə bilmirəm”.

15-10/17/ashleigh-bowes-doopm2feruw2h8lslkgzqa.jpg

Ailəsi qızlarının intihar edəcəyinə dair heç bir işarə görmədikləri deyir.

Şərhlər