Bu şəxslər 2 ilədək həbs ediləcək - Azərbaycanda

17.10.2015 13:40     Sosreaksiya     1910

Azərbaycanda aksiz markalanmalı olan malların belə marka olmadan nağd qaydada alqı-satqısı cinayət məsuliyyəti yaradacaq.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 2013-1.-ci maddəsinə əlavələr təklif edilir.

Əlavəyə görə, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan “xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə” sırasına “belə məhsulların nağd qaydada alqı-satqısı” məsuliyyəti də əlavə edilir. Xatırladaq ki, bu maddəyə uyğun olaraq əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasl müəyyən olunur.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər