PKK hava limanına hücum etdi

17.10.2015 14:06     Sosreaksiya     2154

Hakkarinin Yüksekova rayonunda PKK terror təşkilatının yaraqlıları fəaliyyət göstərməyən Səlahəddin Əyyubi Hava Limanına hücum edib.

Reaksiya.az xəbər verir ki, hadisədə can itkisi və yaralanan olmasa da hava limanına ciddi ziyan dəyib.

Polislərlə baş verən qarşıdurmada terror təşkilatının üzvləri qaçıblar. Onların tutulması üçün bölgədə əməliyyata başlanıb.

Qeyd edək ki, Səlahəddin Əyyubi Aeroportunun inşasına 102 milyon lirə xərclənib. Bu il may ayının 26-da Prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun iştirakı ilə aeroportun açılışı olmuşdu və 2 ay müddətində buradan 22 min sərnişin daşınmışdı.

Terror hücumları səbəbindən aeroport  avqust ayından bu yana fəaliyyət göstərmir. 

Şərhlər