Hər gecə 1 milyard insan ac yatır

17.10.2015 17:27     Sosreaksiya     2394

Bu gün Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür.

Bu günün əsası 1992-ci il dekabr 22-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən qoyulub.

Dünyanın ən qlobal problemlərindən biri yoxsulluqdur və təəssüflər olsun ki, indi bütün dünyada milyonlarla insan yoxsulluqdan, aclıqdan əziyyət çəkir. Yer üzündə bu sahədə mənzərənin necə acınacaqlı olmasını konkret faktlarla göz önünə gətirmək mümkündür:

Dünyada hər 1 dəqiqədə 1 kasıb ana doğuş zamanı həyatını itirir;

yoxsulluq üzündən hər 3 saniyədə 1 körpə məhv olur;

dünyada hər gün 50 min insan qarşısı alına biləcək xəstəliklərdən dünyasını dəyişir;

dünyada hər il 11 milyon uşaq 5 yaşı tamam olmadan vəfat edir;

1,1 milyard adam gündə 1 dollardan az vəsaitlə dolanmaq məcburiyyətindədir;

1,2 milyard insan içməyə su tapmır;

və nəhayət hər gecə 1 milyard insan ac yatır və ya ac olduğu üçün yata bilmir.

BMT 2000-ci ildə qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamədə 2015-ci ilədək yoxsulluğun iki dəfə azaldılması öhdəliyini öz üzərinə götürüb.

Hazırda Nigeriya, Sudan, Banqladeş kimi ölkələr dünyanın ən yoxsul ölkələri hesab olunur, bu ölkələrdə yoxsulluğun səviyyəsi 70 %-ə bərabərdir.

Azərbaycanda əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımlar atılır, statistikaya görə, yoxsulluğun səviyyəsi ildən ilə azalır.

Şərhlər