Gənc aktrisa qəzaya düşdü

17.10.2015 17:41     Sosreaksiya     2265

İstanbulda dostu ilə birgə mindiyi avtomobilə, başqa bir avtomobilin toqquşması nəticəsində qəzaya düşən antalyalı gənc aktrisa İpək Bağrıaçık xəstəxanaya aparılıb.

Reaksiya.az xəbər verir ki, həkimlərin müdaxiləsindən sonra o, evinə göndərilib.

Boyun ətrafında ağrı olduğunu bildirən Bağrıaçık "Boyunluq bərkidilib. Hazırda evdə yatıram. Dostlarım məni tək qoymur. Qısa müddətdə ayağa qalxmaq istəyirəm" sözlərini deyib.

Qəzanın necə olduğunu Bağrıaçık belə anladıb: "Avtomobili dostum idarə edirdi. Yağış yağırdı. Bu zaman başqa bir avtomobillə toqquşduq. Nə olduğunu anlamadım. Bərk ağrı hiss etdim. Həkimlər evdə dincəlməyimi məsləhət gördülər. Bir neçə həftə içində yeni işlərim başlayacaq. Tez sağalmaq istəyirəm".

Ona göz dəydiyini deyən Bağrıaçık daha sonra bunları bildirib: "Nəzər dəydiyini düşünürəm. Son bir həftədə başıma gəlməyən qalmadı".

Şərhlər