Türkiyədə daha 3 hərbçi şəhid oldu - VİDEO

17.10.2015 21:47     Sosreaksiya     1978

Hakkarinin Dağlıca rayonunda PKK terrorçuları ilə çıxan qarşıdurmada 3 hərbçi şəhid olub, 1-i ağır olmaqla 6 hərbçi də yaralanıb. 17 terrorçu öldürülüb.

Reaksiya.az xəbər verir ki, bu faktı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı təsdiq edib.

Şəhid olan hərbçilərdən birinin polkovnik-leytenant rütbəli İhsan Ejdar, 2-nin isə  kimlikləri açıqlanmayan astsubay rütbəsində olduğu bildirilib. Baş qərargah əməliyyatda bu ana qədər 17 terrorçunun də təsirsiz hala gətirildiyini deyib.

Qarşıdurmanın ardından hava dəstəkli əməliyyat başlayıb. Rayonda havaya qalxan vertolyotların Dağlıca rayonuna uçduqları görülüb. Dağlıca bölgəsində olan PKK-nı zərərsizləşdirmək üçün son günlərdə bura çoxlu sayda hərbçi sövq edilib. 

Şərhlər