Əqrəblər bir saat geri çəkiləcək - Oktyabrın 25-də

18.10.2015 13:09     Sosreaksiya     1917

2015-ci il oktyabrın 25-da saat 5:00-da respublika ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

Şərhlər