Gözlənilən zəlzələ gəldi - Amerikada yox, Yaponiyada
18.10.2015 13:33 Sosreaksiya 3511

Oktyabrın 18-də səhər saatlarında baş verən iki güclü zəlzələ Yaponiyanın qərbində yerləşən Tottori prefekturasını silkələyib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Milli Meteorologiya Agentliyi yayıb.
Məlumatda bildirilir ki, Yaponiyanın 7 ballıq seysmik cədvəlinə əsasən 4,2 bal gücündə ilk yeraltı təkan saat 8:30-da, 4,3 bal gücündə ikinci təkan isə saat 8:36-da qeydə alınıb. Episentri prefekturanın mərkəzi hissəində olan zəlzələlərin ocağı təqribən 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Şərhlər