Sabah Naxçıvanda seçkiqabağı təşviqat başlayacaq

19.10.2015 09:20     Sosreaksiya     1805

Sabah Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə seçkiqabağı təşviqat 2015-ci il oktyabr ayının 20-də başlanır və oktyabr ayının 31-i saat 08:00-da dayandırılır.

Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 45 seçki dairəsi üzrə keçiriləcək.

Şərhlər