İranda ağır yol qəzası - 20 ölü
19.10.2015 09:28 Sosreaksiya 2365

Iranın Tehran-Qum maqistral yolunda ağır yol qəzası baş verib, 20 nəfər həlak olub.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədir general Nadir Rəhmani "Presstv" xəbər kanalına deyib.
Məlumatda bildirilir ki, Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.
N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: “Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”
N.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb ki, onlardan 3 nəfəri Qum şəhəri Şəhid Behişti adına xəstəxanaya, 7 nəfəri isə Nikuyi xəstəxanasına aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər