Ən soyuq qış gəlir

19.10.2015 11:20     Sosreaksiya     2323

Qarşıdakı qış mövsümündə dünyanın şimal bölgələrində rekord səviyyədə qarın yağacağı, yanvar və fevral aylarında dondurucu soyuqların yaşanacağı təxmin edilir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Milli Okean və Atmosfer Agentliyi (NOAA) yayıb.

Məlumata görə, belə soyuq havalar son dəfə 1997-1998-ci illərdə qeydə alınmışdı.

Meteoroloqlar bildirib ki, bu ilki soyuqlar daha çox Avropanın şimalında hiss olunacaq. ABŞ-ın cənubunda və Türkiyənin də yerləşdiyi Aralıq dənizi ölkələrində də çox kəskin soyuq qış fəsli yaşanacaq. 

Şərhlər