Sərnişin təyyarədə oz “qonşusunu” dişlədi və ...

19.10.2015 11:48     Sosreaksiya     1978

EI485 reysilə Lissabondan Dublinə uçan və “Aer Lingus” şirkətinə məxsus olan “Airbus A320-200” sərnişin təyyarəsində qeyri-adi ölüm hadisəsi baş verib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı  “The Irish Independent” nəşri yayıb.

Dünən qeydə alınan olayda 24 yaşlı gənc oğlan qəfildən qonşu otaracaqda oturan şəxsə hücum edib və onu dişləyib. Ekipaj üzvləri gəncin qollarını buraraq onu sakitləşdiriblər. Bir azdan sonra onun vəziyyəti pisləşməyə doğru gedib və təyyarənin kapitanı İrlandiyanın Kork şəhərində təcili eniş edib. Ancaq bu vaxtadək gənc oğlan dünyasını dəyişib.

Təyyarənin trapına gələn həkimlər gəncin dişlədiyi sərnişinə də baxış keçiriblər.

Göyərtədə olan 168 nəfər və ekipaj üzvləri isə Dublin şəhərinə avtobusla aparılıb.

Ölən şəxsin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır, ancaq bildirilir ki, o, İrlandiya universitetlərinin birinin tələbəsi olub. 

Şərhlər