Ermənilər Tovuzun 2 dinc sakinini güllələdi - VİDEO

19.10.2015 12:19     Sosreaksiya     2157

Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində iki dinc sakin yaralanıb

Reaksiya.az TTV-yə (Turkel TV) istinadən xəbər verir ki, kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb.

Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb. Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Şərhlər