Oriqami robot dövrü başlayır

17.06.2015 12:44     Sosreaksiya     2565

Elm adamları maqnit sahələri ilə nəzarət edilən, üzə bilən, dırmaşan 1 santimetr böyüklüyündə və 1 qramdan yüngül robot istehsal ediblər.

ABŞ-dakı “Massachusetts Institute of Technology”də çalışan elm insanlarının işinin, gələcəkdə araşdırma fəaliyyətləri baxımından tam fərqli formasiyaları da özü ilə gətirəcəyi nəzərdə tutulur.

Elm insanları, sınaqlarda hər bir kənarında maqnit sahələrlə idarə edilən düzbucaqlı formasında bir sahəyə yerləşdirdikləri robotun maqnit sahələrə nəzarət edərək istənilən hər küncə gedə bilməsini təmin edib.

Bir qramın üçdə biri ağırlığındakı robotun arxasında kiçik bir maqnit var. Robotun hərəkətləri xarici maqnetik sahələrlə nəzarət edilir.

 

Xərçəngli hüceyrələr yox ​​ediləcək

 

Robot maqnit sahə ilə qarşılıqlı təsirə girdiyi anda ayaq və qıç bölmələri dayanır və “bədən”in geri qalan hissələrinin yerdən yüksəlməsini təmin edir. Robotun daşıdığı maqnit, maqnit sahələrin təsiri ilə ayaq və qıçların qarşılıqlı təsirə girməsinə və robotun irəli doğru hərəkətinə imkan tanıyır.

Robotun çalışan uğurlu dizaynı eyni vəsaitdən hazırlanan dərman yüklü hissəciklərin maqnit sahələr vasitəsi ilə insan bədəninin içərisində müxtəlif yerlərə, məsələn, xərçəngli hüceyrələri yox etmədə istifadəyə ilham verib. Elm adamları həmin hissəciklərin suda əriyə bilən formaları üzərində də çalışır.

Şərhlər

Çox oxunanlar