Ata 2 uşağını öldürdü - Ananın gözləri qarşısında - VİDEO

19.10.2015 14:35     Sosreaksiya     2441

Rusiyanın Podolsk şəhərində ailə dramı yaşanıb.

Reaksiya.az xəbər verir ki, 30 yaşlı Dmitri 9 aylıq qızı Kseniyanı və 4 yaşlı oğlu İlyanı öldürdükdən sonra arvadı Tatyanaya hücum çəkib. Sonra isə pəncərədən tullanaraq intihara cəhd edib, ancaq evdəkilər onun bu cəhdinin qarşısını alıb.

Hadisə haqda polisə mobil telefonu vasitəsilə ev sahibinin qardaşı oğlu zəng edib.

Melovanovlar ailəsinin qonşusu Aleksandr Hasonov  NTV-nin müxbirinə bildirib ki, Tatyana tamamilə qanın içində onlara gələrək polis çağırmağımızı xahiş etdi və bildirdi ki, əri uşaqları öldürüb, təcili yardıma xəbər verin.

Hazırda olayla bağlı istintaq gedir. Ata müstəntiqlər tərəfindən dindirilir, ana isə çoxlu yaralarla reanimasiya şöbəsində müalicə alır. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. 

Şərhlər