2 uşağını öldürən rusiyalı iş adamı danışdı - VİDEO
19.10.2015 15:41 Sosreaksiya 2360
Rusiyanın Podolsk şəhərində 2 uşağını bıçaqla öldürən 30 yaşlı iş adamı Dmitri Melovanov dinririlmə zamanı etdiyi qətlin sirrini açıqlayıb.
Reaksiya.az xəbər verir ki, o, qətli dostundan aldığı 10 min dollara görə etdiyini deyib.
“Fikirləşdim ki, bu pulu qaytara bilməyəcəyəm. O səbəbdən də ailəmi öldürmək istədim. Fikirləşdim ki, bəlkə belə yaxşıdır”, - deyə Dmitri bildirib.
Onun həyat yoldaşı Tatyana isə ərinin borcu haqda heç bir informasiyaya malik olmadığını deyib.
İstintaq zamanı bəlli olub ki, Dmitri uşaqlarını yatdığı yerdə öldürüb.
Şərhlər