Azərbaycanlı iş adamı İnterpol xətti ilə axtarışa verildi
19.10.2015 17:33 Sosreaksiya 1970
Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 45 yaşlı Hacıyev Araz Telman oğlu külli miqdarda dələduzluqda təqsirləndirilir. O, Rusiyadan qaçdığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
A. Hacıyev Rusiyada biznes fəaliyyəti ilə məşğul olurmuş.
Şərhlər