Şəhər merinin müavini iş otağında qətlə yetirildi

20.10.2015 00:14     Sosreaksiya     1603

Rusiyada şəhər merinin müavini iş otağında güllələnib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 14:00 radələrində Moskva vilayətinin Krasnoqorsk şəhərində mer müavini və şəhərin elektrik şəbəkəsinin rəhbəri qətlə yetirilib.  

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq müəyyənləşib. Onun şəhərdə fəaliyyət göstərən biznesmen olduğu bildirilir.

 “Müəyyən olunub ki, nahar vaxtı Krasnoqorsk merinin müavinin iş otağına şəhərdə tikinti biznesi ilə məşğul olan iş adamı gəlib. O, avtomat silahdan mer müavininə və şəhərin elektrik şəbəkəsinin rəhbərinə atəş açıb. Daha sonra hadisə yerindən şəxsi avtomobilində qaçıb. Hər iki şəxs aldığı xəsarətdən ölüb” - deyə İstintaq Komitəsinin məlumatında qeyd olunub.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər