"Facebook"dan daha bir yenilik

20.10.2015 01:57     Sosreaksiya     1868

“Facebook sosial şəbəkəsi istifadəçilərinin hesabları xüsusi xidmətlər tərəfindən sındırılarsa xəbərdarlıq ediləcək”.

Reaksiya.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

“Biz istifadəçilərin kompromata uğramış hesablarını qorumaq üçün hər zaman tədbir görürük. Bununla yanaşı əgər hücumun dövlət tərəfindən maliyyələşdirilən şəxslər tərəfindən edildiyinə dair ciddi şübhələrimiz olarsa əlavə bildirişlər göstərmək qərarına gəlmişik. Biz bunu edəcəyik, belə ki, bu qəbildən olan hücumlar daha yayılmış və təhlükəlidir, biz insanları öz hesablarının təhlükəsizliyi üçün tədbirlər görməyə motivasiya edəcəyik” - məlumatda deyilir.

Daha öncə özlərini “Adsız İttifaq” adlandıran bir qrup şəxs, şəxsi səhifə üçün yalnız real adların istifadəsini tələb edən sosial şəbəkə siyasəti ilə mübarizə aparacaqlarını elan etmişdilər.

Şərhlər