Bakı-Quba yolunda avtomobil aşdı - ölən var

20.10.2015 09:25     Sosreaksiya     1796

Ötən gecə axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, magistralın 52-ci kilometrliyində Əli Cəbrayılovun idarə etdiyi 90 MK 122 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə sürücü aldığı xəsarətdən ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Şərhlər