ATƏT-in toplantısı keçiriləcək - Belqradda
20.10.2015 10:25 Sosreaksiya 1968
ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, qurumun saytına istinadən verdiyi xəbərə görə, toplantı ATƏT-in hazırkı sədri İvitsa Daçiçin təklifi dəvəti əsasında baş tutacaq.
Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəetmə orqanıdır. ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri arasında hər il keçirilən toplantıda ötən il ərzində təşkilatın fəaliyyəti qiymətləndirilir və təhlükəsizlik məsələləri üzrə istiqamətlər müəyyənləşdirir.
Şərhlər