Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Nəqliyyat Nazirliyindən alınsın - Deputatın təklifi

20.10.2015 13:58     Sosreaksiya     2083

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub.

Reakisya.az APA-ya istinadən xəbər verir ki, belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O bildirib ki, onsuz da bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”.

Ə. Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.

 

Şərhlər