Goranboyda avtomobil yandı - Ölənlər var

20.10.2015 16:46     Sosreaksiya     2182

Bakı-Qazax magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.  

Reaksiya.az  apa-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtomobil yanıb və içərisində olan iki nəfər ölüb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Şərhlər