BAMF sədri beynəlxalq tədbirdə iştirak edib - FOTOLAR
20.10.2015 17:36 Sosreaksiya 1975
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev oktyabrın 17-də Vyanada keçirilən Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin iclasında iştirak edib.
Reaksiya.az xəbər verir ki, tədbir çərçivəsində Umud Mirzəyev BMİ-nun sədri Con Yearwood, BMİ-nin icraçı direktoru Barbara Trionfi , o cümlədən təşkilatın idarə heyətindəki həmkarları Banqladeşin “Boishakhi” TV-nın rəhbəri Bülbül Ahsan, Böyük Britaniyanın BBC kanalının redaktoru Ken MakQarri, Əl Cəzirə Media şəbəkəsinin İnsan hüquqları departamentinin rəhbəri Sami Əl Hac, BMİ-nin keçmiş sədri Araşdırmaçı Jurnalistlər fondunun rəhbəri rusiyalı Qalina Sidorova ilə görüşüb, müzakirələr aparıb. Ümumi iclasda isə dünya mediası ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunub və bəzi hadisələrə aydınlıq gətirilib. BMİ-nin missiyası, məqsədləri, uzunmüddətli strategiyasına yenidən baxılıb, təşkilatın yeni əlaqələri və əməkdaşlığı müzakirə edilib.
Həmçinin 2016-cı ildə keçirilməsi nəzərdə tutulan BMİ-nin Dünya Konqresinə hazırlıqlar barədə idarə heyəti üzvləri fikirlərini səsləndirəcəklər. Bu nüfuzlu təşkilatın nizamnaməsinə yenidən baxılacaq, üzv olmağın yeni qaydaları təsdiqlənəcək.
Xatırladaq ki, U.Mirzəyev BMİ-nin idarə heyətinin üzvü və təşkilatın Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəridir.
Şərhlər